Mütaliə - gələcəyə aparan yol

13 may 2017-ci il tarixdə Binəqədi rayonu R.Pirnəzərov adına 299 saylı məktəb-liseyin təşkilatçılığı ilə “Mütaliə - gələcəyə aparan yol” mövzusunda şagird konfransı keçirilmişdir. Konfrans Biləcəri qəsəbəsinin 7 məktəbini əhatə etmiş, Bakı şəhərinin bir çox məktəblərindən nümayəndələr və həmçinin Bakı şəhəri üzrə Təhsil Idarəsinin müdir müavini və Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Hüseyn Əsgərov da iştirak etmişdir. Konfransın plenar iclasında müxtəlif məktəblərdən olan şagirdlər “Şəxsiyyətin formalaşmasında bədii ədəbiyyatın rolu”, “Xəyal güçü – gələcəyə aparan silahımız”, “Bədii ədəbiyyat elmi tərəqqinin önündə”, “Mütaliə - mənəvi təkamülə gedən yol” mövzularında çıxışlar etmişlər. Konfrans öz işini bölmə iclaslarında “Şəxsiyyətlər tarix yaradır”, “Ədəbiyyatımızda Qarabağ dərdləri”, “Azərbaycanın qəhrəman qadınları ədəbiyyatımızda” mövzularında çıxışlarla davam etdirmişdir.299 saylı məktəbin “Debat klubu” komandalarının “İsmayıl Şıxlının “Dəli Kür” əsərinin baş qəhrəmanı Cahandar ağa müsbət planda yaradılmış obrazdır” mövzusunda yarışması xüsusi maraq dogurmuşdur. Konfransın bədii təqdimatlar hissəsi ədəbiyyatın incəsənətin digər sahələrinə təsirini ifadə etmək məqsədi daşımışdır. Müxtəlif dillərdə (Azərbaycan, türk, ingilis, rus, yapon) söylənilən şeirlər, mahnılar, S.Vurğunun “Fərhad və Şirin”, H.Cavidin “İblis” pyeslərindən səhnələşdirilən parçalar konfransın işinə xüsusi rəng qatmışdır. IIB sinif şagirdləri müxtəlif nağıl qəhrəmanlarının obrazını canlandıraraq tamaşaçıları sehirli nağıllar aləminə aparmışlar. Həmçinin konfransdan öncə məktəbin həyətində təşkil edilmiş gənc rəssamlarının mütaliə etdikləri əsərlər əsasında çəkdikləri şəkillərdən ibarət sərgisi maraqla qarşılanmışdır. Konfrans iştirakçıları məktəbin foyesində “Mən oxudum, sən də oxu” devizi ilə fəaliyyət göstərən Açıq kitabxananın işi ilə də tanış olmuşlar. Kitabxananın qarşısında şagirdlərin nümayiş etdirdikləri fləşmob göstərisi müasirlik və milliliyin sintezi ilə diqqət çəkmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi