Novruz milli bayramımızdır.

299 nömrəli məktəb-liseydə ingilis dili aylığı çərçivəsində məktəb-liseyin
şagirdlərinin, "Bədii özfəaliyyət" dərnəyinin üzvlərinin və fənn müəllimlərinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə tədbir təşkil olunmuşdur.
Novruz «təzə il» deməkdir, baharın ilk günüdür. Bütün müsəlmanların həyatında əsl yeni ilə həmin gündən başlanır. Novruzun gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gətirir. Hamı çalışır ki, bu bayramı yüksək təntənə ilə, ürək sevinci ilə, qəlb fərəhi ilə qarşılasın. Hər evdə, hər ailədə Novruz bayramına əvvəlcədən hazırlıq gedir. Analar, bacılar şəkərbura, paxlava, şorqoğal və başqa nemətlər bişirir, bolluq və bərəkət rəmzi olan səməni qoyurlar.
Təşkilatçı: Elyanə Əliyeva
Ramilə Kərimova
#novruzbayramı #milliadətənənələrimiz #millimənəvidəyərlərimiz #299məktəblisey