Şəhid məzunumuzun anım günü

14 fevral 2025-ci il tarixində məktəbimizin şəhid məzunu Davud Qurbanovun doğum gününə həsr olunmuş anım mərasimi keçirilmişdir. 44 günlük Vətən müharibəsi şəhidinin doğum gününə həsr olunmuş tədbirdə Binəqədi rayon icra nümayəndəsi, bir çox qonaqlar, 299 nömrəli məktəb-liseyin müəllim və şagirdləri iştirak etmiş, Davudla bağlı xatirələrini bölüşərək şəhidin ruhunu şeir və kompazisiya ilə yad etmişlər.
Gənc Davudçular və bütün qonaqlar tədbir başlamazdan əvvəl şəhidimizin adına istifadəyə verilmiş bulağın qarşısına gül dəstələri qoymuşlar.
Allah şəhidlərimizə rəhmət eləsin!