Kitablardan danışaq!

Məktəbimizin II ç sinif şagirdləri bu gün oxuduqları kitabların təqdimatını etmişlər.

Belə ki şagirdlərimiz sinif rəhbəri Mehparə Cavadovanın təşkilatçılığı ilə "Mənəvi dəyərləri öyrədən"hekayələr toplusu olan 10 kitabı oxuyub bitirdiklərini elan etmişlər.

Qeyd edək ki həmin sinfin şagirdləri bu kitablardan dostluq, çalışqanlıq, ədalət, xeyirxahlıq, dürüstlük, sevgi, hörmət və bir çox mənəvi keyfiyyətləri aşılayan hekayələri oxuyub bitiriblər.

Həmin hekayələrdən bir neçəsini bu gün səhnələşdirdilər.

Tədbirdə şagirdlərimiz mütaliənin əhəmiyyətindən söhbət açmış, həmin kitabları digər məktəbli dostlarına da məsləhət görmüşlər.

Tədbirdə məktəbin direktoru Solmaz xanım Kazımova, təlim-tədris işləri üzrə direktor müavini Şəhla Muradova və müəllimlər iştirak etmişlər.

Sinif rəhbəri: Mehparə Cavadova

#mənəvidəyərlərimiz #mənəvikeyfiyyətlər #kitab

#hekayələr #mütaliə #299məktəblisey #fəalməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi