Maarifləndirici tədbir
Məktəb-lisey şagirdləri arasında anti-narkotik təbliğatı sahəsində fəaliyyətinin gücləndirilməsi məqsədilə məktəb rəhbərliyinin birgə təşkilatçılığı ilə birgə tədbir keçirilmişdir.
Tədbirdə Binəqədi Rayon Polis İdarəsinin rəisi polis polkovniki cənab İlqar Məmmədov, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin rəisi polkovnik-leytenant Cövdət Məmmədov,Binəqədi Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi polis mayoru İsa Həbibzadə,
Binəqədi Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlar bölməsinin rəisi polis kapitanı Orxan Məmmədli iştirak etmişdir.
Şagirdlərlə qarşılıqlı fikir mübadiləsi apararaq zərərli vərdişlərdən uzaq olmaları haqqında söhbət aparıldı və şagirdlərin sualları cavablandırıldı.