"Yaşıl dünya naminə həmrəylik ili"
Ətraf mühitin mühafizəsi, yaşıllıqların bərpası və artırılması işində hər kəs fəallıq göstərməlidir.
"Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar olaraq "Ətraf mühiti birlikdə mühafizə edək" mövzusunda məşğələlərimizin növbəti mərhələsində məktəbimizin həyətyanı sahəsində şagirdlərimiz tərəfindən güllər əkildi.
Məqsədimiz şagirdlərimizin
ekoloji maarifləndirilməsi, onların ekoloji biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadəsidir.
6b sinfi
Təşkilatçı: Elyanə Əliyeva
Müəllim: Vəfa Həşimova