23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür!
Məktəbimizin ibtidai sinif müəllimi Mehparə Cavadova "Ən çox kitab oxuyan" ənənəsini bu il birinci sinfində də davam etdirmişdir. Belə ki 1ç sinfinin şagirdləri məktəbəhazırlıq dövründən hərfləri tanıdıqları üçün cari dərs ilinin əvvəlindən sinif kitabxanasında olan kitabları oxumaq yarışına başlamışlar.Uşaqların ilk oxuduqları kitablar "Mənəvi dəyərləri əks etdirən"kiçikhəcmli kekayələr toplusu olmuşdur.Artıq sinifdə 10-dan çox kitab oxuyan şagirdlər var.
Bu gün sinif rəhbəri uşaqları müxtəlif hədiyyələrlə təltif etmişdir.Bu,sinifdə olan bütün uşaqlarda mütaliə həvəsini, kitaba,oxumağa olan sevgini artıracaqdır.
“Oxuyun... Özünüzü heç vaxt tənha hiss etməyəcəksiniz!