"Dəyərlərimizi qoruyaq"

"Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində 14 mart 2024-cü il tarixində məktəbimizdə "Yurdumuza bahar gəlir" adlı bayram tədbiri keçirildi. 3 -cü sinif şagirdlərinin hazırladıqları çıxışlarda Novruz bayramına həsr olunmuş şeirlər səsləndirildi, mahnılar ifa olundu, rəqslər nümayiş etdirildi. Həmçinin, Novruz şənliyinin əsas personajları olan Bahar qızı, Kosa və Keçəlin gəlişləri də tədbirə xüsusi rəng qatdı. Tədbirin sonunda söz məktəbin direktoru Solmaz Kazımovaya verildi. Direktor çıxış edərək müəllim, şagird və valideyn kollektivini bayram münasibətilə təbrik etdi və məktəbin "Valideyn birliyi"nin fəal üzvlərindən olan, tədbirlərdə müəllimlərə öz köməyini əsirgəməyən Səadət xanımı məktəb rəhbərliyi adından təşəkkürnamə ilə təltif etdi.

Tədbirin təşkilatçısı:

İbtidai siniflər üzrə direktor müavini Şəhla Muradova.

İbtidai sinif müəllimləri:

Tutu Cəfərova

Reyhan Cəfərova

Afət Həsənova

#dəyərlərimiziqoruyaq #milimənəvidəyərlərimiz #baharbayramı #valdeynbirliyilayihəsi #299məktəblisey

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi