"İnformatika gecesi"

21.12.2023 tarixində 299 N_li məktəb- liseydə informatika aylığı çərçivəsində "informatika gecesi" təşkil olunub. Gecədə Aynur Nuriyeva və Zivər Əfəndiyevin müəllimin şagirdlərlə birlikdə hazırladıqları "İnformasiya müharibəsi", "İnformasiya prosesləri ", "İnformasiya axtarışı" mövzularında təqdimatlar, kiçik səhnələr və intellektual yarışlar nümayiş olundu. Gecədə şagirdlərin HTML proqramı dilində hazırladıqları "Qarabağ saytı" Alploqo və Pyton dillərində hazırladıqları model və oyunlar təqdim olundu. Gecəni məktəb-liseyin direktoru Solmaz Kazımova açaraq İnformatika fənnindən gördükləri işlər haqqında şagirdlərə məlumat verdi. Gecədə həmçinin ötən ilin məzunları Samir Bayramov və Elvin Nuriyev məktəb və üniversitet illərində gördükləri işlər haqqında təqdimatlarla çıxış edərək şagirdlərdə böyük ruh yüksəkliyi yaratdılar.

#EduzAz #299məktəblisey

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi