"7-dən-17-yə vətənpərvər!" layihəsi

Məktəb-liseyin 7ə, 9a sinif şagirdləri, və "Bədii Özfəaliyyət dərnəyinin" üzvləri Hərbi Qənimətlər Parkında ekskursiyada oldular.

Hərbi Qənimətlər Parkı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyi böyük zəfərin, tarixi qələbənin rəmzidir. Hərbi qənimətlər parkının yaradılmasının əsas məqsədi odur ki, Azərbaycan xalqı tarixi heç vaxt unutmasın.

Ekskursiya zamanı tarix müəllimi Aytəkin Bayramova şagirdlərlə öz təəssüratlarını bölüşərək hərbi tariximiz, ölümsüzlük qazanan qəhrəmanlarımız haqqında geniş məlumat verdi. Qalib ölkənin şagirdləri igid oğullarımızın ələ keçirdikləri qənimətlərə sevinc və qürur hiss ilə baxdılar. Qələbəni əks etdirən stend, işğaldan azad olunmuş torpaqlardan götürülmüş olan silahlar, müəllimin izahı böyük maraqla izlənildi. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Yaşasın Azərbaycan! Yaşasın Şanlı Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!

Müəllim: Aytəkin Bayramova

Ramilə Kərimova

#azerbaijan #azerbaycan #herbiqenimetlerparkı #kharabakhi̇sazerbai̇jan #kharabakh

#8noyabr #299məktəblisey

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi