22 Oktyabr-“Beynəlxalq Məktəb Kitabxanaları Günü”dür.

“Beynəlxalq Məktəb Kitabxanaları Günü” münasibəti ilə məktəbimizin kitabxana müdiri Aslanova Almaz şagirdlərin məktəb kitabxanasına ekskursiyalarının təşkil olunması üçün plan hazırladı və bu iş, əsasən, IB sinfinn kitabxana ilə tanışlığından başladı. Əvvəlcə şagirdlərə məktəb kitabxanası, onun fondu haqqında məlumatlar verildi. Sonra kitabxana və kitabların yaranması, kitab çapı, zəmanəmizədək bu kitabxanaların keçdiyi inkişaf yolu barədə danışıldı.

Almaz Aslanova kitablar haqqında şagirdlərin söylədikləri şeirlərə və hikmətli sözlərə görə təşəkkür edərək həmişə kitabdan faydalanmağı şagirdlərə tövsiyə etdi.

Müəllim: Lalə Həsənova

Kitabxana müdiri: Almaz Aslanova

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi