Şəhidimizin anım günü

Bu gün məktəbimizin şəhid məzunu Davud Qurbanovun şəhadətə ucaldığı gündür. Məktəb-liseyin məzunu Davud Qurbanov , 44 günlük Qarabağ müharibəsində iştirak etmiş və Suqovuşan döyüşləri zamanı şəhadətə ucalmışdır.

Məktəb-liseyin akt zalında şəhid Davud Qurbanovun anım günü münasibətilə "Bədii özfəaliyyət" dərnəyinin üzvləri və "Davudçular" 4c sinfinin təqdimatında tədbir kecirilmişdir.

Anım tədbirində şagirdlərimiz şəhidimiz haqqında qürurla çıxış edərək, şeirlər, mahnılar səsləndirmişlər.

Şəhidin anım günündə məktəbimizin direktoru S.Kazımova, məktəbin müəllim kollektivi, şəhidin iş yoldaşları-

Azad Azərbaycan Teleradio Yayım Şirkətinin əməkdaşları, ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Cihaz mühəndisliyi kafedrasının müdiri, texnika elmləri doktoru Lalə Bəkirova iştirak etmiş, şəhidimiz haqqında öz xatirələrini bölüşərək, Davuddan qürur və fəxr hissi ilə söz açmışlar.

Şəhidimizin ailəsinə səbir arzulayır, onun xatirəsini hər zaman yaşadacağımıza söz veririk!

Allah şəhidlərimizə rəhmət eləsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi