Ən yaxşı təqdimat

03 oktyabr 2023-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan olunan “Heydər Əliyev İli” çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2022-2023-cü ili əhatə edən tədris dövründə Binəqədi rayonu ərazisində fəaliyyət göstərən orta ümumtəhsil müəssisələrində təhsil yekunlarına dair və 5 Oktyabr- “Beynəlxalq Müəllimlər Günü”nə həsr olunmuş “HEYDƏR ƏLİYEV İDEYALARI İLƏ YETİŞƏN NƏSİL” adlı təhsil konfransını həyata keçirilmişdir.

Konfransda məktəb-liseyin direktoru Solmaz Kazımova, DİM tərəfindən keçirilən ali məktəblərə qəbul imtahanının 2-ci mərhələsində ən yüksək nəticə göstərən məzunu Emil Abdullayev və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında təşkil etdiyi “Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsində II yerin qalibi Ramal Mehrəliyev iştirak edərək təltif olundular!

#eduaz

#299mekteb #mənimmüellimim

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi