"Son zəng"tədbiri məktəb-liseydə
Bu gün məktəbimizdə ənənəvi “Son zəng” tədbiri keçirildi.
Tədbirdə qonaq qismində Ümumtəhsilin təşkili sektorunun aparıcı məsləhətçisi İlhamə Oruclu , Binəqədi Rayon Icra hakimiyyətinin nümayəndəsi Amal Əsgərov və Vətən müharibəsi iştirakçısı olmuş qazi valideynlər iştirak etmişdir.
Məktəbimizin 2022-2023-cü il tədris ili ərzində müxtəlif olimpiadalarda uğur qazanmış şagirdləri və fərqlənən müəllimləri də tədbir zamanı təşəkkürnamələrlə təltif olundular.
Əziz məzunlar, bu gün sizin üçün məktəb həyatınızın son zəngi çalınır.
Sizə müstəqil həyatınızda uğurlar arzu edirik!