"Heydər Əliyev ili"

299 sayli məktəb-liseyin Va sinfinin şagirdlərinin "Heydər Əliyev ili" çərçivəsində Heydər Əliyev Mərkəzinə ekskursiyasi təşkil edilmişdir. Mərkəzdəki muzeyde gəzinti zamanı şagirdlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, əvəzolunmaz siyasi fəaliyyəti, xalqımızın tərəqqisində göstərdiyi xidmətlərini əks etdirən fotoşəkillər , eksponatlar və video materiallarla tanış olublar. Ekskursiya zamanı şagirdlər şeirlər səsləndirmiş, xarici qonaqlarla tariximiz və mədəniyyətimiz haqqında söhbət aparmışlar.
Müəllim:Qaragözova Səma .