Beynəlxalq Ana Dili Günü

21 fevral - Beynəlxalq Ana Dili Günüdür

Bu münasibətlə məktəbin bir çox siniflərində bu gün qeyd olunub.Belə ki məktəbimizin 4ç sinfində şagirdlər ana dilimizin doğmalığından söhbət açıb,şeirlər söyləmişlər.VIc sinif şagirdləri ilə doğma dilimizi əsərlərində yaşadan, bu dilin şirinliyini, zənginliyini əsərləri ilə dünyaya çatdırmağa çalışmış sənətkarlarla, onların xalq ruhunda yazdıqları əsərlərlə şagirdlərimizi tanış etmək üçün Nizami Gəncəvi adına Azərbaycan Milli Ədəbiyyatı muzeyində olublar. 3c sinif şagirdləri tez-tez işlədilən bir çox sözlərin ana dilində səslənməsini göz önünə gətirmişlər.

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi