Şəhidlər unudulmur

15.02.2023-cü il tarixində məktəbimizin şəhid məzunu Davud Qurbanovun doğum günüdür.

 44 günlük Vətən müharibəsi şəhidinin doğum gününə həsr olunmuş tədbirdə 299 nömrəli məktəb-liseyin müəllim və şagirdləri iştirak etmiş, Davudla bağlı xatirələrini bölüşərək şəhidin ruhunu şeirlərlə yad etmişlər.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə başda Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya məktəbimizin direktoru Solmaz xanıma minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən Qurbanov Davud Taryel oğlu ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib .

Allah şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi