Dahi liderə həsr olunmuş tədbir
18 yanvar 2023- cü il tarixində məktəb-liseydə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Milli Məclisin Mədəniyyət Komissiyasının sədri Qənirə Paşayeva, İdarənin struktur bölmə rəhbərləri, müəllim və şagirdlər iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Məktəb-liseyin direktoru Solmaz Kazımova tədbir iştirakçılarını salamlayıb, dahi liderin Azərbaycan xalqı, dövləti qarşısındakı misilsiz tarixi xidmətləri, təhsilə göstərdiyi qayğı və diqqətindən söz açıb.
BŞTİ-nin müdiri M.Vəliyeva dövlət başçımız İlham Əliyevin sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunmasının əhəmiyyətindən danışıb.
Millət vəkili Q.Paşayeva Ümummilli liderin bütün fəaliyyəti dövründə elmin, təhsilin inkişafına göstərdiyi xüsusi qayğıdan danışıb.
Daha sonra millət vəkili şagirdlərə müxtəlif kitablar hədiyyə edib.
Tədbirdə şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, Ulu Öndərə həsr olunmuş şeirlər, mahnılar səsləndiriblər.