"Biliyini paylaş"layihəsi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən start verilmiş "Biliyini paylaş" layihəsi çərçivəsində 299 saylı məktəb-lisey, MLK, 281, 284 və 301 saylı məktəblərin müəllimlərindən ibarət komandanın üzvləri layihə əsaslı dərslər keçirlər. Bu gün məktəbimizin ingilis dili müəllimi Elyanə Əliyevanın rəhbərliyi ilə 7 A sinif şagirdlərinin həyata keçirdikləri "Cooking" layihəsinin son - təqdimat dərsi olmuşdur. Layihə qarşıya qoyulmuş problemin həlli prosesində şagirdlərdə lüğət ehtiyatlarını zənginləşdirməyi və şifahi nitqi inkişaf etdirməyi hədəfləmişdir. Şagirdlərin təqdimatları maraqla qarşılanmışdır.

Layihə üzvləri və layihənin mentoru Nuriyyə Verdiyeva dərsdə iştirak etmişlər.

#BakıŞəhəriüzrəTəhsilidarəsi

#BiliyiniPaylaş

#BŞTÌ

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi