"Biliyini paylaş" layihəsi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin start verdiyi "Biliyini paylaş" layihəsi çərçivəsində məktəb-liseyimizdə layihə əsaslı dərslər keçirilir. Bu gün "Biliyini paylaş" məktəb komandasının üzvlərindən fizika müəllimi Günay Əliyevanın "Artan güc, azalan zərər" mövzusunda layihə əsaslı dərsi olmuşdur. Layihənin ilk dərsində şagirdlərin qarsısina "Batareyaların təbiətə zərərini necə azaltmaq olar?" problemi qoyulmuş, onlara bu problemi aradan qaldırmaq üçün araşdırmalar aparmaq tapşırığı verilmişdir. Şagirdlər 10 gün müddətində araşdırmalar aparmalı, nəticədə problemi həll etmək üçün təqdimatla çıxış etməlidirlər.
Layihənin mentoru
Nuriyyə Verdiyeva dərsdə iştirak etmişdir.