"Biliyini paylaş" layihəsi

Ümumitəhsil məktəblərində interaktiv və əsaslandırılmış tədrisə yönəlmiş layihə əsaslı öyrənmənin dərs prosesində tətbiqi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən "Biliyini paylaş" layihəsinə start verilmişdir. Layihənin I mərhələsində uğur qazanan müəllimimiz Nuriyyə Verdiyevanın rəhbərliyi ilə məktəbimizin və yaxın məktəblərin bir neçə müəllimindən ibarət komanda yaradılmışdır. Məqsəd layihə əsaslı öyrənmənin tədris prosesində tətbiqinə nail olmaq üçün bilik mübadiləsidir. 9 dekabr 2022-ci il tarixində komanda üzvlərinə "Layihə əsaslı öyrənmənin metodikası" mövzusunda maarifləndirici seminar keçirilmişdir.

Mentor: Nuriyyə Verdiyeva

#BakıŞəhəriüzrəTəhsilidarəsi

#BiliyiniPaylaş

#BŞTÌ

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi