DƏMİR YUMRUQ

"8 noyabr - Zəfər Günü və "Bayraq günü" ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə "Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə və məktəbin Tədbirlər planına əsasən 5 noyabr 2022-ci il tarixində məktəb-liseyin akt zalında "Dəmir yumruq " başlıqlı tədbir keçirildi. Tədbirdə Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Bədii özfəaliyyət dərnəyinin üzvləri vətənpərvərlik mövzusunda mahnılar, şeirlər səsləndirildi, rəqslər və kompozisiya nümayiş etdirdi.

Bizə bu şanlı qələbəni yaşadan və bu yolda canından belə keçməyə hazır olan qorxmaz, mərd I və II Qarabağ muharibəsinin şəhidlərinin yaxınları, qazilər tədbirmizin qonaqları oldular.

Təşkilatçı: Ə.Elyanə

Dərnək rəhbəri: Kərimova Ramilə

Qürur və minnətdarlıq hissi ilə şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi