7-dən - 17-yə vətənpərvər" layihəsi

     Məktəb-liseyin 4ç sinif şagirdləri 2022-ci il sentyabrın 13-ü ermənilərin atəşkəsi pozması nəticəsində şahidlik zirvəsinə ucalan 18 yaşlı şəhid Amin Qəfərlinin yaşadığı evi,ana və atasını ziyarət etmişlər.

      Səhid Qəfərli Amin 2004-cü il yanvarin 22 -si Baki səhərində anadan olub.2010-cu ildə 297 nömreli orta məktəbdə təhsil almaga başlayıb.O uşaq vaxtlarından idmanla məşğul olurdu.9-cu sinifdə oxuyarkən Amin dayısı işlədiyi yerdə texnik köməkçisi işləməyə başlayır, lakin o sənəti sevmədiyi üçün 2 ildən sonra oradan uzaqlaşır. 2021-ci ildə məktəbi bitirən Amin 2022-ci ilin aprel ayında hərbi xidmətə yollanır.Orada 052 xüsusi təyinatlılara könüllü olaraq yazılır və təlimlərin hər birindən uğurla kecir.2022-ci il sentyabr ayının 12-dən 13- nə keçən gecə ermənilərin atəşkəsi pozması nəticəsində sağ ayağından yaralanaraq şəhid olur.

Sinif rəhbəri: Cavadova Mehparə

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi