27 sentyabr-Anım Günüdür

Məktəb-liseydə 27 sentyabr 44 günlük müharibə şəhidlərinin Anım Günü münasibətilə tədbir keçirilmişdir.

Tədbiri ilk olaraq direktor Solmaz Kazımova şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etməklə açıq elan etdi. Tədbirə Azərbaycan Respublikası şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi ictimai birliyinin Binəqədi rayon şöbəsinin I və II vətən,müharibə qaziləri Ələkbərli Şahin Mikayıl oğlu,Hüseynov Rizvan Əli oğlu,Səfərli Kamran Sərvər oğlu,Rüstəmov Habil Məhyəddin oğlu öz döyüş yolundan danışaraq şagirdlərə vətənpərvər ruhda böyümələri haqqında tövsiyələr vermişlər.

"Bədii yaradıcılıq dərnəyinin" üzvlərinin təşkil etdiyi tədbirlə yanaşı bütün siniflərdə də Anım Günü qeyd olunmuşdur.

Qarabağ Azərbaycandır! 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq!

ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi