Respublika fənn olimpiadasının qalibi

İyunun 30-da Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə çıxış edən təhsil naziri Emin Əmrullayev qalibləri təbrik edərək onları mükafatlandırmışdır.
Respublika Fənn Olimpiadasında məktəb-liseyin 9-cu sinif şagirdi İsgəndərov Hüseyn Emin oğlu uğurla çıxış edərək coğrafiya fənni üzrə II yerin qalibi olmuş və gümüş medal qazanmışdır.
Hüseyni məktəb rəhbərliyi-kollektivi adından təbrik edirik və uğurlar arzu edirik!