Şəhidlik zirvəsi-Rizvan Pirnəzərovun anım tədbiri

25.02.2022-ci il tarixində "Bədii özfəaliyyət" dərnəyinin təqdimatında məktəbimizin adını daşıdığı Vətənin igid oğlu şəhid Rizvan Pirnəzərovun 25 fevral doğum günü münasibətilə tədbir keçirilmişdir.

Qarabağda gedən döyüşlər haqqında qərib ölkədə melumat alan "Vətəni vətən oğlu qoruyar" deyərək hərbi xidmətdən Vətənə qayıdan igid oğullarımızdan biri Rizvan Pirnəzərov cəmi 29 il yaşayıb.

R. Pirnəzərov gərgin döyüşlərin birində 1992-ci il 13 avqustda qəhrəmancasına həlak olub. Rizvan Pirnəzərov yaratdığı tabora elə bir iz qoyub gedib ki, o tabor cəbhədə mərdliklə vuruşub və tabe olduğu briqadada birinci olmağı ilə bərabər digərlərinə də nümunə olub.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1994-cü il 13 iyun tarixli Fərmanı ilə Rizvan Məhərrəm oğlu Pirnəzərov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Keçirilən tədbirdə Rizvan Pirnəzərovun bacısı Qəndab Pirnəzərova və yaxınları da iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi