Şəhid məzunun anım günü

299 nömrəli məktəbin kollektivi məktəbimizin şəhid məzunu,II Vətən Müharibəsində iştirak edərək qəhrəmancasına şəhid olmuş Davud Qurbanovun barelyefinin açılışında iştirak edib. Şəhidin evinin önündə baş tutan açılış mərasimi həm də Davud Qurbanovun doğum gününə təsadüf etmişdir. Tədbirdə Şəhidin valideynləri, İcra Hakimiyyətinin nümayəndəsi, Yeni Azərbaycan Partiyasının nümayəndələri, keçmiş ombudsman Elmira Süleymanova və məktəbimizin kollektivi iştirak edərək şəhid haqqında xatirələrini bölüşmüş, şeir və çıxışlarla Davudu yad etmişlər.

Mərasim torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra şəhidin barelyefi üzərindən örpək götürülüb, önünə gül dəstələri düzülüb.

Çıxışlarda şəhidin keçdiyi döyüş yolundan, erməni işğalçılarına qarşı döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan danışılıb. Bildirilib ki, Vətən uğrunda canını fəda edən şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdırlar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Mərasimdə, həmçinin məktəblilər Vətənə, qəhrəmanlara həsr olunan şeirlər səsləndiriblər.Şəhidin anım tədbiri məktəb-liseydə davam etdirilib

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi