Aşıq Ələsgərin 200 illik yubileyi məktəb-liseydə

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan aşıq poeziyasını zirvələrə yüksəltmiş el sənətkarı Aşıq Ələsgərin anadan olmasının 200-cü ildönümünün təntənəli şəkildə qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq 299 № li məktəb-liseyin 3b sinfində ədəbi-bədii tədbir keçirilmişdir. Tədbirdə üçüncülər Aşıq Ələsgərin yaradıcılığından seçilmiş qəzəllər, müxəmməslər söyləmişdir. Şagirdlərin ifasında Aşıq Ələsgərin sözlərinə bəstələnmiş mahnılar oxunmuşdur.

      Aşıq Ələsgərin 200 iliyinin qeyd olunması münasibətlə məktəbimizdə “Dədə Ələsgərin söz dünyası” adlı ədəbi-bədii gecə də keçirilmişdir.

Tədbirdə istedadlı şagirdlər tərəfindən Dədə Ələsgərin həyat və yaradıcılığından danışılmış, aşığın bizlərə miras qoyduğu qoşma və təcnisləri heyranlıqla söylənilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi