"Xəmsə" milli intellektual oyunu üzrə rayon turniri

Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi, rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə məktəblilər arasında "Xəmsə" milli intellektual oyunu üzrə rayon turniri keçirilmişdir. Yeni ilin ilk xəbəri olaraq "Kiçik Akademiya" nın nəzdində fəaliyyət göstərən "5Buta" komandasının növbəti uğurlu xəbərini diqqətinizə çatdırırıq.

Məktəb-liseyin "5 Buta" komandası bu turnirdə uğurla çıxış edərək II yerin qalibi olmuşdur.

Sonda turnirin qalibləri müvafiq dərəcəli diplom və medallarla mükafatlandırılmışdır.

Qalib gəlmiş komandamızı təbrik edir gələcəkdə də bol bol uğurlar arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi