Kollektiv üzvləri təltif edilib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı.Bakı Şəhəri Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsi tərəfindən 5 Oktyabr Müəllimlər günü münasibətilə təltif olunan direktorlar arasında məktəb-liseyin direktoru Solmaz Kazımova da var!

   Azərbaycan Respublikası Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı təşkil olunmuş tədbirdə məktəb-liseyin Təşkilatı işləri üzrə direktor müavini Elyanə Əliyeva da iştirak etmiş və Fəxri Fərmanla təltif olunmuşdur.

    Binəqədi rayonunda 5 Oktyabr- “Beynəlxalq Müəllimlər Günü” münasibətilə təhsil işçilərilə görüş keçirilmişdir.Görüşdə Binəqədi rayonunda fəaliyyət göstərən orta ümumtəhsil müəssisəslərində məktəblilərin təlim-tərbiyəsi işində qazandığı nailiyyətlərə görə fərqlənən müəllimlər iştirak edirdilər.Tədbirdə çıxış edən müəllimlər təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər.Sonda təhsil sahəsindəki səmərəli pedaqoji fəaliyyətinə görə rayonun bir qrup qabaqcıl təhsil işçisi Fəxri fərman və qiymətli hədiyyələr ilə mükafatlandırılmış və onlarla xatirə şəkli çəkilmişdir.

 Məktəb-liseyin ibtidai sinif müəllimi Cavadova Mehparə də Azərbaycan Respublikası Bakı Şəhəri Binəqədi rayon İcra hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur.

Biz də pedaqoji kollektivi adindan bütün təhsil işçilərini təbrik edirik.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi