Şəhid məzunumuzun Anım tədbiri

Məktəb-liseyin məzunu Davud Qurbanov , 44 günlük Qarabağ müharibəsində iştirak edərək şəhadətə ucalmışdır. Davud Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 3-də Suqovuşan döyüşləri zamanı şəhid olub.Məktəb-liseyin akt zalında şəhid Davud Qurbanovun anım gunu münasibətilə tədbir kecirilmişdir.Tədbir Vətənimizin azadlığı uğrunda canından keçmiş Şəhidlərimizin xatirəsini yad etməklə başlanmışdır.

Anım tədbirində şagirdlərimiz şəhidimiz haqqında qürurla çıxış edərək, şeirlər, mahnılar səsləndirdilər. Daha sonra tədbirin qonaqları şəhidimizin adını daşıyan sinif otağını ziyarət etmiş, xatirə lövhəsi önündə onunla bağlı öz xatirələrini bölüşərək Davud Qurbanovu yad etmişlər.Məktəb-liseyin məzunu şəhidimiz Davud Qurbanovun keçirilən anım günü tədbirində valideynləri, doğmaları, sinif yoldaşları, məktəbimizin məzunları, məktəb-liseyin direktoru Solmaz Kazımova, müəllimləri Gülzadə Məmmədova, Lütfiyyə Zeynalova eyni zamanda şagird, müəllim kollektivi iştirak etmişdir. Anım tədbirində şagirdlərimiz Davud Tariyel oğlu Qurbanovun oxuduğu məktəb-liseydə təhsil aldıqları üçün fəxr etdiklərini bildirdilər...Tədbirin sonunda şəhidimizin valideynləri, qonaqlar və məktəbin direktoru çıxış etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi