SABAHIN ALİMLƏRİ

Martın 2-də " Sabahın Alimləri" X Respublika Müsabiqəsinin onlayn bağlanış mərasimi keçirilib. Mərasimdə çıxış edən Təhsil naziri Emin Əmirullayev bütün qalibləri təbrik edib. Həmin qaliblər içərisində məktəb-liseyin müəllim və şagirdləri də vardı. Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə keçirilən "Sabahın Alimləri " X Respublika Müsabiqəsində İSEF-İntel Mühəndislik sərgisində "Təhlükəsiz Tərəzi" layihəsi üzrə məktəb-liseyin X sinif şagirdi Abdullayev İkram və XI sinif sagirdi Nuruyev Elvin II yerə layiq görülmüşdür. Layihənin elmi rəhbəri məktəbin İnformatika və Riyaziyyat müəllimi Nuruyeva Aynur Tofiq qızıdır. Məktəb-liseyin rəhbərliyi və kollektivi adından qalibləri təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi