MƏZUN DÖYÜŞÇÜLƏRİMİZ VƏ QAZİLƏRİMİZLƏ GÖRÜŞ

Məktəb-liseyin "Bədii özfəaliyyət" dərnəyinin üzvlərinin və şagirdlərin Zoom platforması üzərindən 299N-li məktəb-liseyin məzunları Qarabağ qazisi Kərimli Cavid, könüllü əsgərlər- Bağırov Elnur və məktəbin Fiziki Tərbiyə müəllimi Ağayev Cavid ilə səmimi və maraqlı görüşü keçirilmişdir . Görüş zamanı onlar 44 günlük Ikinci Qarabag müharibəsində yaşadığı təəssüratlardan, döyüşdükləri bölgələrdən, danışdılar. Qazimiz Kərimli Cavidin döyüş zamanı baş verən gərginlikləri, xoş anıları və xatirələrini iştirakçılarla paylaşdı. Eyni zamanda şagirdlərimizə Vətəni sevməyi, hər zaman onu qorumağa hazır olmalarını tövsiyyə etdilər. Şagirdlər öz ürək sözlərinİ və şeirlərini söylədilər. Onlayn tədbirdə məktəb-liseyin direktoru Solmaz Kazımova , təşkilatı işlər üzrə direktor müavini Elyanə Əliyeva, hərbi hazırlıq müəllimi Əli Musayev, məzunların sinif rəhbəri Yaqut Zülfüqarova , Təranə Mehdiyeva , tarix müəllimi Gulbəniz Mirzəyeva və dərnək rəhbərləri iştirak etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi