MƏKTƏB-LİSEYİN ADINI DAŞIDIĞI ŞƏHİD RİZVAN PİRNƏZƏROVUN ANIM GÜNÜ

Öz qanı ilə Vətən torpağını müqəddəsləşdirən, ölümü ilə ölməzliyə qovuşan, şəhidlik zirvəsini fəth edən igidlərimizdən biri də Rizvan Pirnəzərovdur.
Hər döyüşdə xüsusi mərdlik və qəhrəmanlıq göstərən soydaşımız Başkəndin alınmasında, üç gün ərzində erməni həmləsinin qarşısını alarkən igidcəsinə həlak olmuşdur.
Düşmən gülləsi 29 yaşlı Rizvanın taleyini yarıda qoymuşdur. Rizvanın özü getsədə, igidliyi, mərdliyi bizə ibrət kimi qaldı. 25 fevral məktəb-liseyin adını daşıdığı şəhid R.Pirnəzərovun anım günüdür. 9b sinif şagirdləri onun xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, döyüş yolundan və həyatından bəhs edən çıxışları, videoslaytları izləmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi