PİS VƏRDİŞLƏRƏ YOX
Narkomaniya ilə mübarizə sağlam həyat uğrunda mübarizə deməkdir. Yeniyetmələrin düzgün yönləndirilməsi məqsədilə məktəb-liseydə şagirdlərin təqdimatında "Gələcəyimiz təhlükədədir" başlıqlı maarifləndirci ədəbi-bədii kompozisiya keçirildi. Tədbirdə qonaq qismində VI polis bölməsinin rəisi polkovnik-leytenant Nəsib Məmmədov, azyaşlılar üzrə idarənin rəisi polkovnik-leytenant Fizzə Məmmədova, narkotiklə mübarizə şöbəsininin rəisi baş inspektor polis polkovnik leytenantı Bayramov Bəxtiyar iştirak etmişdir.