20 YANVAR-HÜZN VƏ MİLLİ QÜRUR GÜNÜDÜR
20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş fəaliyyət planına uyğun olaraq məktəb-liseydə bir çox tədbirlər həyata keçirildi.Beləliklə,8-10-cu sinif şagirdləri arasında 20 Yanvar faciəsi "məktəblilərin gözü ilə” rəsm müsabiqəsi, 4-8-ci sinif şagirdləri arasında inşa-yazı müsabiqəsi, "Bədii özfəaliyyət" dərnəyi üzvlərinin təqdimatında ədəbi-bədii kompozisiya təşkil olundu. 7 "c" sinif şagirdləri 20 yanvar faciəsinin rəmzi olan qərənfilləri hazırlayaraq, faciə qurbanlarını hörmətlə andılar.