"Kiçik tədqiqatçılar" müsabiqəsi
Təhsil İdarəsinin F-436 nömrəli 21.11.2019-cu il tarixli əmrinə əsasən keçirilən "Kiçik tədqiqatçılar" müsabiqəsinin rayon mərhələsi başa çatmışdır. Məktəb-liseyin "Sağlam nəsil" komandası hazırladıqları "Sağlam həyat-xoşbəxt həyat" mövzusu ilə "Kiçık tədqiqatçılar" müsabiqəsində uğurla çıxış edərək qalibiyyət qazanıb şəhər mərhələsinə vəsiqə qazandılar.