“Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi”nin final mərhələsinə hazırlıqla əlaqədar təlimati seminar keçirildi

Bakı şəhər məktəblilərinin kimya elminə olan marağının daha da artırılması, bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, eləcə də istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 22 yanvar 2016-cı il tarixli 28 nömrəli əmri ilə elan edilmiş “Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi”nin ikinci mərhələsi başa çatmışdır.14 aprel 2016-cı il tarixində Azərbaycan Neft və Sənaye Universitetinin Kimya-Texnologiya Kafedrasında “Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi”nin final mərhələsinə hazırlıqla əlaqədar təlimati seminar keçirilmişdir.Təlimati seminarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, Azərbaycan Neft və Sənaye Universitetinin prorektoru Qasım Məmmədov, dekan Fəttah Həşimov, kafedra müdiri Yunis Qəhrəmanov, Texniki Yaradıcılıq Mərkəzinin direktorları, komandaların rəhbərləri iştirak etmişdir.Seminarda Bakı şəhər məktəblərindən 24 komanda- 18, 27, 39, 70, 97, 102, 107, 117, 156, 160, 186, 192, 220, 225, 239, 240, 243, 253, 258, 278, 287, 299, 320 nömrəli məktəblərin komandaları tərkibində 72 şagird iştirak etmişdir.Məktəblilər Universitetin laboratoriyaları ilə yaxından tanış olmuş, təcrübə aparmaq imkanı əldə etmişlər. Komanda üzvləri orta məktəb səviyyəsində kimya fənninə aid təcrübə işlərinin həyata keçirilməsini öyrənmişlər. Şagirdlərə üzvü və qeyri-üzvü kimya haqqında da ətraflı məlumat verilmişdir.Məlumat üçün qeyd edək ki, “Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi”nin final mərhələsi 26 aprel 2016-cı il tarixində Azərbaycan Neft və Sənaye Universitetində keçiriləcəkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi