Novruz bayramı mövzusunda dərs

Sinif: 8A

Müəllim: Tünzalə Babayeva

Mövzu: Novruz bayramı

Dərs Novruz adətləri ilə zəngin olan videoçarxın nümayişi ilə başladı. Videoda Azərbaycan kinolarında götürülmüş səhnələr yer almışdı. Şagrdlər videoçarxı izlədikdən sonra müəllim sinfə belə bir sualla müraciət etdi: Hansı xalq bayramlarını tanıyırsınız? Şagirdlər bir neçə bayramların adlarını sadaladılar. Müəllim sadalanan bayramları xüsusiyyətlərinə görə təhlil etdi. Sadalananların arasında təkcə xalq Novruzun xalq bayramı olduğunu vurğuladı. Şagirdlər BİBÖ cədvəlinin "bilirəm" qrafasında Novruz bayramını qeyd etdilər. "İstəyirəm biləm" qrafasında isə digər xalq bayramlarını da tanımaq istədiklərini qeyd etdilər. Daha sonra müəllim xalq bayramlarına aid mətni səsləndirdi. Şagirdlər dinləmədən sonra mətndə haqqında danışılan xalq bayramlarını müzakirə etdilər, BİBÖ cədvəlinin "Öyrəndim" qrafasında dinləmə mətnindən öyrəndikləıri bayramları və onlar haqqında olan informasiyaları qeyd etdilər. Bundan sonra Novruz adətləri müzakirə edildi, bu adətlərin xalqımıza məxsus tarixi və ailə dəyərlərimizlə bağlılğı, bu adətlərin insanların şəxsi keyfiyyətlərinin inkişafında rolunu təhlil etdilər. Şagirdlərin nitqlərindən sonra müəllim Azərbaycanın Fransadakı səfirliyinin Novruz təbrikini əks etdirən videoçarx nümayiş etdirdi. Şagirdlər bu materialı təhlil edərək öz fikirlərini söylədilər, Novruza aid haxıştalar söylədilər.

Dərsin sonunda müəllim qiymətləndirmə apardı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi