8C sinfində Azərbaycan dili dərsi

Məktəbimizin 8C sinfində Tünzalə Babayevanın Azərbaycan dili fənni üzrə "Yolun sonu" mövzusunda dərsi dinlənildi.

Dərs Qarabağda baş verən hadisələri əks etdirən "Dolu" filmindən fraqment nümayişi ilə başladı. Filmin nümayişindən sonra müəllim "Əsl dost necə olmalıdır?" sualı ilə sinfə müraciət etdi. Şagirdlərin cavabları qeyd edildi, müzakirə aparıldı. Mətn əsasında müxtəlif tapşırıqlar işlənildi. Dərs zamanı mətnə əsasən Prezidentin və S.Axundovun fikirlərinə münasibət bildirildi.

Şagirdlərin əldə etdikləri təlim nəticələri dərsin əvvəlindən elan olunmuş qiymətləndirmə meyarları əsasında qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi