“20 Yanvardan Xarıbülbülə gedən yol” adlı ümumməktəb tədbiri keçirildi
20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 12.01.2023 - cü il tarixli və BŞTİ - nin 13.01.2023- cü il tarixli əmrlərinə və məktəbin fəaliyyət planına uyğun olaraq tədbirlər planı hazırlanıb. Həmin tədbirlər planının 1 - ci bəndinə əsasən 18 yanvar 2023-cü il tarixində məktəbdə 20 Yanvar faciəsinə həsr olunmuş “20 Yanvardan Xarıbülbülə gedən yol” adlı ümumməktəb tədbiri keçirildi.
Tədbirin 1-ci hissəsində şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söylədilər, mahnılar oxudular, faciənin tarixi ,qurbanları və Azərbaycanın müstəqil olmasında rolu mövzusunda məlumat verdilər.
Tədbirdə qonaq qismində 20 Yanvar faciəsi zaman Rus Hərbi Donanmasına meydan oxuyan dənizçilər sırasında olmuş, hazırda “ Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ” Qapalı Səhmdar Cəmiyyətinin Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalislər Birliyinin üzvü, mustaqil.az sayıtının baş redaktoru, dənizçi-şair Faiq Balabəyli iştirak etdi.
Tədbirin 2-ci hissəsində O, 20 Yanvar faciəsi baş verərkən Azərbaycan dənizçilərinin göstərdiyi qəhrəmanlıqlarından söz açdı, şagirdləri maraqlandıran sualları cavablandırdı. Sonda öz xatirələrinə əsasən yazdığı “Bakı Buxtası 20 Yanvar” adlı müəllif kitabını məktəbin kitabxanasına bağışladı və həmin kitab əsasında çəkilən bədii-sənədli filmə məktəb rəhbərliyinə və tədbirdə seçilən şagirdlərə dəvətnamə təqdim etdi.