"Şuşa İli ” çərçivəsində tədbir keçirilib

 

" Şuşa ili " çərçivəsində 24 dekabr 2022-ci il tarixində məktəbdə çağdaş uşaq ədəbiyyatının tanınmış nümayəndəsi, şair-tərcüməçi, AYB-nin üzvü Sevinc Nuruqızı ilə görüş keçirildi.

Tədbirdə sənətkarın "Zəfər nəğməsi Şuşa" adlı kitabı təqdim olundu. Həmin kitabda toplanmış əsərlərin müzakirəsi keçirildi, ayrı-ayrı hekayələr əsasında hazırlanmış səhnəciklər göstərildi, müəllifin şeirlərindən nümunələr söylənildi və sözlərinə yazılmış mahnılar oxundu.

Daha sonra müəllif şagirdləri maraqlandıran sualları cavablandırdı.

Sonda məktəbin direktoru Xatirə Hacıyeva çıxış edərək bu günün gözəl bir tarixə təsadüf etdiyini, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günü olduğunu qeyd etdi.  O, müəllifə təşəkkür edərək  əsərləri ilə tanış olduğunu və əsərlərinin şagirdlərə yüksək əxlaqi keyfiyyətlər aşıladığını qeyd etdi. Dəvətimizi qəbul edib gəldiyi üçün müəllifə, tədbirin ideya müəllifi Xatirə Rəhimovaya, təşkilatçısı Elnurə Məmmədovaya və iştirakçıları 7B sinif şagirdlərinə təşəkkür etdi.

Sonda Sevinc Nuruqızı "Zəfər nəğməsi Şuşa" kitabını məktəbin kitabxanasına hədiyyə etdi.Xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi