28- May Müstəqillik Günü

1918-ci il mayın 28-də Azərbaycan xalqı Şərqdə və müsəlman aləmində ilk dəfə demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini qurdu. Bu tarixi hadisə xalqımızın müstəqillik uğrunda apardığı mübarizənin məntiqi nəticəsi idi.
Cəmi 23 ay mövcud olan Cümhuriyyət dövründə parlament və hökumət yaradıldı, dövlət atributları təsis olundu və bütün vətəndaşlara bərabər hüquqlar verildi. 1991-ci ildə qəbul olunan Konstitusiya Aktı ilə Azərbaycan Xalq Cümhuriyyəti müasir Azərbaycanın hüquqi varisi kimi tanındı.
Müstəqilliyimizin qorunmasında Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti müstəsna rol oynadı. Onun təşəbbüsü ilə 1990-cı ildə Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı yenidən qaldırıldı.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müasir dövlət quruculuğu uğurla davam etdirilir. 28 May – Müstəqillik Günü xalqımızın azadlıq iradəsinin və dövlətçilik ənənələrinin təntənəsidir.
Gənc nəsli vətənpərvər ruhda yetişdirmək, onları müstəqilliyə aparan tarixi yol haqda məlumatlandımaq biz- təhsil işçilərinin üzərinə düşür. Bu baxımdan məktəbdə dəirmi masa, bilik yarışı, tarixi abidələrimizə onlayn ekskursiyalar, bədii gecələr təşkil olunur. Cari tədris ilinin də may ayının ikinci yarısında məktəbdə " 28 May- Müstəqillik günü" - nə həsr olunmuş tədbirlər təşkil olunmuşdir.
Belə ki, 9- 11-ci siniflərin iştirakıyla futbol yarışı baş tutmuşdur. Bundan əlavə , məktəbin 10 və 11- ci sinifləri arasında atıcılıq yarışı keçirilmişdir. Yarışlarda qalib gələn şagirdlər məktəb rəhbərliyi tərəfindən fəxri fərmanlar və kubokla təltif olunmuşdurlar. Yekun isə 27 may 5 və 6- cı siniflərin təqdim etdiyi bayram tədbiri olmuşdur. Tədbirdə məktəb direktoru R.Tağıyeva çıxış edərək , müəllimləri və şagirdləri "28 May- Müstəqillik günü" münasibətilə təbrik etmişdir. Şagirdlər maraqlı çıxışlar nümayiş etdirmişdir.