"Konstitusiya və Süverenlik ili"

2025-ci il "Konstitusiya və Suverenlik ili" elan olunması ilə bağlı təhsil ocağımızda may - noyabr aylarında silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, 13 may tarixində "Konstitusiya və suverenlik" mövzusunda ilk tədbir baş tutmuşdur. Tədbirdə məktəbin direktoru və müəllimlər çıxış etmiş , şagirdlər Azərbaycan xalqını Suverenliyə aparan yoldan , Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmağı Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısının alınması, ictimai-siyasi sabitlik təmin edilməsi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yaratması haqda məlumatlandırılmışlar. Bundan başqa Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etməsindən bəhs etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi