Kiçik Akademiya

Yaşıl dünya naminə həmrəylik ili2024-cü ilin “ Yaşıl dünya naminə həmrəylik ili ” olduğunu nəzərə alaraq təhsilalanların ekoloji maarifləndirilməsi, onların ekoloji biliklərinin artırılması və ekologiyanın mühafizəsi məqsədilə məktəbimizdə fəaliyyət göstərən Kiçik akademiyamız bu dəfə “Təbiəti qoruyanlar“ layihəsi çərçivəsində tədqiqat araşdırma işləri aparmış, video təqdimatlar hazırlamışlar. Araşdırma işlərində məktəbimizin biologiya müəlliməsi B. Vəfa şagirdlərimizə istiqamət vermiş, təbiətin ,flora və faunamızın qorunması mövzusunda söhbət aparmışdır.

Ətraflı

Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinə həsr olunmuş dəyirmi masaKiçik Akademiya üzvlərimizin, Akademiyamızın humanitar bölmə rəhbəri Hüseynova Xəyalə və KA prezidenti Vüsalə Hüseynlinin iştirakı ilə Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirildi. Dəyirmi masada çıxışlar zamanı vurğulandı ki, Məhəmməd Əmin Rəsulzadə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmişdir.Onun dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdır.

Ətraflı

"Erkən nigaha yox deyək"Kiçik akademiya üzvlərimiz bu dəfə "Erkən nigaha yox deyək" mövzusunda araşdırma apararaq təqdimat hazırlamışdır.Təqdimata KA-ın təbiət bölmə rəhbəri M. Lətafət rəhbərlik etmişdir. KA rəhbəri V. Hüseynlinin və M. Lətafətin iştirakı ilə şagirdlərin təqdimatları dinlənilmişdir.

Ətraflı

"Sosial şəbəkələrin həyatımızda rolu"Noyabr ayında Kiçik Akademiya üzvlərimiz tarix müəllimi Gülər Hüseynovanın rəhbərliyi altında "Sosial şəbəkələrin həyatımızda rolu" mövzusunda araşdırmalar aparmış, təqdimatlar hazırlamışlar. Təqdimatlar KA rəhbəri V. Hüseynli və məktəbin psixoloqu M. Təranənin iştirakı ilə dinlənilmişdir.

Ətraflı

Emerate22 noyabr 2023-cü il tarixində 228 nömrəli tam orta məktəbdə Qaradağ rayon məktəblərinin rayon konfransı keçirilmişdir. Konfransda məktəbin psixoloqu Məhərrəmova Təranə və Kiçik Akademiya rəhbəri Hüseynli Vüsalə iştirak etdi. Konfransda məktəbimizi 10-cu sinif şagirdi Əsədli Rəsul öz "Emerate" adlı təqdimatı ilə təmsil etmişdir.

Ətraflı

Kiçik Akademiyamızın bu ilki tədris ili üçün ilk iclası keçirildi.Oktyabr ayında Kiçik Akademiyamızın bu ilki tədris ili üçün ilk iclası keçirildi. İclasda KA rəhbəri V. Hüseynli, psixoloq, KA-ın bölmə rəhbərləri və KA üzvləri iştirak etdi. Cari tədris ili üçün nəzərdə tutulan məsələlər müzakirə edildi. KA-ın tərkibi müəyyənləşdirildi. Müəllim və şagirdlərin fikirləri dinlənildi.

Ətraflı

Sağlam qidalanmaKiçik Akademiyamızın bu dəfəki tədqiqat işi "Sağlam qidalanma" ilə bağlı olmuşdur. Kiçik Akademiya üzvlərimiz son dövrlər yaranan əksər həzm sistemi və virus xəstəliklərinin məhz ayaqüstü "fastfood" qidalanmalardan, tərkibi bilinməyən zərərli qidalardan çox istifadə edilməsindən yarandığını araşdırmış, bununla bağlı məruzə videotəqdimatlar hazırlamışlar.

Ətraflı

İrsi xəstəliklərKiçik Akademiya Mövzu: İrsi xəstəliklər Müəllim: Babayeva Vəfa Fənn: Biologiya Sinif: 9 b

Ətraflı

Kiçik AkademiyaKiçik Akademiya prezidenti V. Hüseynli və təbiət bölmə rəhbəri M. Lətafətin rəhbərliyi ilə şagirdlərimiz araşdırma apararaq təqdimat keçirmişlər. Təqdimatın mövzusu coğrafi təbəqənin inkişafı və bir-biri ilə əlaqəsi haqqında olmuşdur.

Ətraflı

Kiçik akademiyaKiçik Akademiya üzvlərimiz ekoloji mövzularda araşdırma işləri apararaq "Su hövzələrinin çirklənməsi və buna qarşı mübarizə üsulları" mövzusunda yazılı və videotəqdimat hazırlamışlar. K.A prezidenti H. Vüsalə və K.A-ın təbiət bölməsi rəhbəri M. Lətafət təqdimatları izləmiş, K.A üzvləri ilə birlikdə müzakirə etmişlər.

Ətraflı

"Ölkələrin ümumi səciyyəsi"Kiçik Akademiya üzvləri bu dəfə "Ölkələrin ümumi səciyyəsi" mövzusunda araşdırma işi aparmış, bu ölkələrin coğrafi mövqeyi, iqtisadi inkişafı, ekoloji vəziyyəti və Azərbaycanla beynəlxalq münasibətlərini tədqiq etmişlər.

Ətraflı

Çuqun istehsalı9a sinif şagirdi KA üzvü Məmmədova Qızqayıd "Çuqun istehsalı" mövzusunda təqdimatında çuqunun istehsalı prosesini, əhəmiyyəti və tətbiq sahələrini araşdırmış, domna sobasında baş verən reaksiyaları tərtib etmişdir.

Ətraflı

Günəş enerjisi ilə işləyən kiçik maşın(araba modeli)Kiçik Akademiyamızın fəal üzvü 6a sinif şagirdi Əhmədzadə Ömər atmosferin maşınlardan çıxan zəhərli, təhlükəli qazlarla çirklənməsinin qarşını almaq məqsədilə daha təbii, təhlükəsiz alternativ enerji mənbəyi olan günəş enerjisi ilə işləyən kiçik maşın (araba) düzəltmişdir. Arabanın hazırlanmasında günəş enerjisini elektrik enerjisinə çevirən yarımkeçirici lövhədən istifadə etmişdir.

Ətraflı

Heydər Əliyevin anadan olmasının 99-ci il dönümü‘’Kiçik Akademiya’’nın üzvü 9b sinif şagirdi Rəsulzadə Almaz tərəfindən ümummilli lider Heydər Əliyevin doğum günü ilə bağlı təqdimat hazırlandı.Təqdimatda dünya şöhrətli siyasi xadim, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, xalqımızın tarixindəki misilsiz xidmətləri öz əksini tapıb.

Ətraflı

Kiçik akademiyaKiçik Akademiyamızın ən fəal üzvü 6 a sinif şagirdi Ə.Ömərin əl işi. Heç bir cərəyan mənbəyinə,heç bir enerji mənbəyinə birləşdirilmədən,yalnız elektrik sahəsinin təsiri ilə yanan kiçik lampa :)

Ətraflı

Su hövzələrinin çirklənməsi və buna qarşı mübarizə üsullarıKiçik Akademiyamızın üzvləri bu dəfə "Su hövzələrinin çirklənməsi və buna qarşı mübarizə üsulları" mövzusunda araşdırma apararaq, tədqiqat işi hazırladılar. Onların işləri KA prezidenti, təbiət elmləri üzrə bölmə rəhbəri və təşkilati işlər üzrə direktor müavininin iştirakı ilə birgə müzakirə olundu.Şagirdlərin maraqlı fikirləri dinlənildi, videotəqdimatları izlənildi,lazımi məsləhətlər verildi.

Ətraflı

Alternativ enerji" Kiçik akademiyamızın üzvü N.Cəmilənin "Azərbaycanda Alternativ enerji mənbələrindən istifadə" mövzusunda hazırladığı təqdimatı.

Ətraflı

QARABAĞ- flora və faunasıKiçik Akademiya üzvlərimizin növbəti tədqiqat işi Qarabağ haqqında ümumi məlumat,flora və faunası,hidrologiyasi,tarixi abidələri haqqında olmuşdur. Həyat bilgisi fənnini tədris edən Məmmədova Lətafətin rəhbərliyi ilə şagirdlərin yaradıcılıq işləri birgə müzakirə edilmişdir.

Ətraflı

Zəfər iliBildiyimiz kimi 2021-ci il ölkəmizdə "Zəfər ili" kimi yadda qaldı. Bununla bağlı olaraq məktəbimizdə fəaliyyət göstərən Kiçik Akademiyamızın humanitar bölmə üzvləri Azərbaycanın şanlı qələbəsinə aid araşdırma və tədqiqat işləri apararaq bu mövzuda məruzələr təqdim etdilər.Əhatə və dəqiqliyinə görə daha çox fərqlənən məruzələri hazırlayan şagirdlər müəyyən olundular.

Ətraflı

Kiçik AkademiyaMəktəbdə fəaliyyət göstərən ,,Kiçik Akademiya”nın üzvləri ilə Ədəbiyyat fənni üzrə dəyirmi masa təşkil olundu. Dəyirmi masada uşaq ədəbiyyatının banilərindən biri ,görkəmli ədib Abdulla Şaiqin bir sıra hekayələri müzakirə olundu.Ədibin yaradıcılığı haqqında şagirdlərin çıxışları dinlənildi.

Ətraflı

Dünya ölkələrinə səyahətKiçik Akademiyamızın üzvü 6a sinif şagirdi Həsənli Yusif "Dünya ölkələrinə səyahət" silsiləsindən Almaniya Respublikası haqqında təqdimat hazırlamışdır. Təqdimatda Almaniyanın coğrafi mövqeyi, əhalisi, iqlimi, iri şəhərləri,iqtisadiyyatı öz əksini tapmışdır.

Ətraflı

Kiçik Akademiya18.11.21-ci il tarixində məktəbimizdə fəaliyyət göstərən Kiçik Akademiyanın iclası keçirildi. İclasda KA prezidenti Hüseynli Vüsalə, Kiçik Akademiyanın bölmə rəhbərləri və təşkilatçı müavin Gülnar İsmayılova iştirak etdilər. İclasda 2021-2022-ci tədris ili ərzində keçirilməsi planlaşdırılan məsələlər müzakirə edildi.

Ətraflı

Kiçik AkademiyaMəktəbimizdə fəaliyyət göstərən "Kiçik Akademiya"nın üzvlərindən olan 9-cu sinif şagirdləri hazırladıqları videoçarxda neft və neft məhsullarının ətraf mühiti çirkləndirməsi və bunun qarşısının alınması yolları barədə öz araşdırmalarını təqdim etdilər.

Ətraflı

Kiçik AkademiyaBildiyimiz kimi cənab prezident İlham Əliyevin sərəncamına əsasən Nizami Gəncəvinin 880  illik yubileyi münasibətilə 2021- ci il respublikada "Nizami Gəncəvi ili" elan edilmişdir. Bu münasibətlə məktəbimizdə Nizaminin yaradıcılığına həsr edilmiş silsilə tədbirlər, açıq dərslər, onlayn müzakirələr, viktorinalar keçirilməkdədir. Bu tədbirlərdən biri də "Kiçik Akademiya"nın humanitar bölməsi tərəfindən təşkil olunmuş 8-ci siniflər arasında keçirilən viktorinadir.  Şagirdlərin Nizami Gəncəvi yaradıcılığını dərindən araşdırması, onun şeirlərini əzbərləməsi məktəb üçün, bizim üçün çox qürurvericidir.Qalib komandanın üzvləri sevincdən kövrəldiklərini kompyuter qarşısında belə gizlədə bilmədilər.Şagirdlərimizə uğurlar arzu edirik.

Ətraflı

Kiçik Akademiya20 aprel tarixində "Kiçik Akademiya" rəhbəri Vüsalə Hüseynlinin rəhbərliyi altında coğrafiya müəllimi Məmmədova Lətafətin təşkilatçılığı ilə "Ekoloji problemlər-iqlim dəyişiklikləri, torpaq eroziyası" mövzusunda Teams proqramında online görüş keçirilmişdir. Verilmiş mövzuda KA üzvlərinin tədqiqat işləri nümayiş olundu, şagirdlər ekoloji problemlərin aradan qaldırılması mövzusunda öz fikirlərini bildirdilər. 

Ətraflı

“Kiçik Akademiya” üzvləri arasında tədqiqatçılıq müsabiqəsi29.11.2019-cu il tarixdə “Kiçik Akademiya” rəhbəri Hüseynli Vüsalənin rəhbərliyi altında “Kiçik Akademiya” üzvləri arasında tədqiqatçılıq müsabiqəsinin məktəbdaxili mərhələsi keçirildi.Müsabiqə çərçivəsində şagirdlər onlara təqdim olunan mövzular üzrə araşdırma aparmış, ən yaxşı tədqiqat işi seçilmişdir. "Səs-küy çirklənməsi" tədqiqat işi ilə qalib olan 10cu sinif şagirdi Hüseynova Fatiməyə növbəti mərhələdə uğurlar.

Ətraflı

Məktəbimizdə "Kiçik Akademiya"nın növbəti seminarı keçirildiBakı şəhəri üzrə Təhsil İdarəsinin 29.01.2019-cu il tarixli, F- 67nömrəli əmrinə əsasən ümumtəhsil müəssisələrində yaradılmış "Kiçik Akademiya"ların fəaliyyətinin gücləndirilməsi məqsədilə Tədbirlər Planı təsdiq olunmuşdur.Şagirdlərin potensial imkanlarının üzə çıxarılması və inkişaf etdirilməsində,onlarda ilkin tədqiqatçılıq bacarığının formalaşdırılmasında "Kiçik Akademiya"ların rolunu nəzərə alaraq 01.02.2019-cu il tarixdə məktəbimizdə "Kiçik Akademiya" təsis edilmişdi.27.03.19-cu il tarixdə "Kiçik Akademiya"nın növbəti seminarı keçirildi.Seminarda "Kiçik Akademiya"nın üzvləri müxtəlif mövzular üzrə təqdimatlarla çıxış etdilər.

Ətraflı
HAQQIMIZDA

Bakı Şəhəri Qaradağ rayonu Ümid qəsəbəsi 294 nömrəli tam orta məktəb 2000 - ci ildən fəaliyyət göstərir. 2010 - cu ildə əlavə 2 mərtəbəli korpus, 2014 - cü ildə 3 mərtəbəli yeni məktəb binası istifadəyə verilib. Məktəbdə hal-hazı...

BİZİM FƏXRLƏRİMİZ

Kənan Məmmədli Şahin

Rəşidə Hüseynova Tovuz

HAQQIMIZDA

Bakı Şəhəri Qaradağ rayonu Ümid qəsəbəsi 294 nömrəli tam orta məktəb 2000 - ci ildən fəaliyyət göstərir. 2010 - cu ildə əlavə 2 mərtəbəli korpus, 2014 - cü ildə 3 mərtəbəli yeni məktəb binası istifadəyə verilib. Məktəbdə hal-hazı...

BİZİM FƏXRLƏRİMİZ

Kənan Məmmədli Şahin

Rəşidə Hüseynova Tovuz

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi