Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinə həsr olunmuş dəyirmi masa

Kiçik Akademiya üzvlərimizin, Akademiyamızın humanitar bölmə rəhbəri Hüseynova Xəyalə və KA prezidenti Vüsalə Hüseynlinin iştirakı ilə Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirildi. Dəyirmi masada çıxışlar zamanı vurğulandı ki, Məhəmməd Əmin Rəsulzadə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmişdir.Onun dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi