HAQQIMIZDA

Bakı Şəhəri Qaradağ rayonu Ümid qəsəbəsi 294 nömrəli tam orta məktəb 2000 - ci ildən fəaliyyət göstərir. 2010 - cu ildə əlavə 2 mərtəbəli korpus, 2014 - cü ildə 3 mərtəbəli yeni məktəb binası istifadəyə verilib. Məktəbdə hal-hazırda 568 şagird təhsil alır. Şagirdlərin təlim- tərbiyəsi ilə 32 nəfərlik pedaqoji heyət və inzibati heyət məşğul olur.Məktəbdə idman zalı, kitabxana, akt zalı, tibb otağı və bufet var. O cümlədən fizika, biologiya, kimya kabinetləri və 2 kompyuter otağı vardır. Məktəb izləmə kameraları ilə təchiz olunmuşdur. Bir neçə sinifdə elektron lövhələr quraşdırılmış və tədris prosesində istifadə olunur. Məktəbimizdə tədris keyfiyyəti ildən - ilə artmaqda davam edir. Belə ki , 2013 / 2014 - cü tədris ilinə qədər bir , 2015 / 2016 - cı il tədris ilində 3 (üç) nəfər məzunumuz 600- dən yuxarı bal toplamışdır. Onlardan bir nəfər 692 bal toplamışdır. 2015 / 2016 cı tədris ilindən məktəbimizdə məktəbəqədər hazırlıq kursları fəaliyyət göstərir. Tədris keyfiyyətinin artırılması, potensiallı və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədi ilə 2015 / 2016 - cı tədris ilində məktəbimizdə Kiçik Akademiya fəaliyyət göstərir. O cümlədən hər ay məktəbdə fənn aylıqları , viktorinalar və şagirdlərin, valideynlərin arzusundan asılı olaraq ali məktəblərə və tarixi muzeylərə ekskursiyalar təşkil olunur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi