Kiçik Akademiya

Bildiyimiz kimi cənab prezident İlham Əliyevin sərəncamına əsasən Nizami Gəncəvinin 880  illik yubileyi münasibətilə 2021- ci il respublikada "Nizami Gəncəvi ili" elan edilmişdir. Bu münasibətlə məktəbimizdə Nizaminin yaradıcılığına həsr edilmiş silsilə tədbirlər, açıq dərslər, onlayn müzakirələr, viktorinalar keçirilməkdədir. Bu tədbirlərdən biri də "Kiçik Akademiya"nın humanitar bölməsi tərəfindən təşkil olunmuş 8-ci siniflər arasında keçirilən viktorinadir.  Şagirdlərin Nizami Gəncəvi yaradıcılığını dərindən araşdırması, onun şeirlərini əzbərləməsi məktəb üçün, bizim üçün çox qürurvericidir.Qalib komandanın üzvləri sevincdən kövrəldiklərini kompyuter qarşısında belə gizlədə bilmədilər.Şagirdlərimizə uğurlar arzu edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi