"Bayraq günü"nə həsr olunmuş tədbir keçirildi.

Bu gün ölkəmiz üçün əlamətdar günlərdən biri olan "Bayraq günü"nü qeyd edirik. Respublikanın hər yerində bu günü xüsusi təmtərah və qürur hissi ilə qeyd edirlər. Bu münasibətlə 29№-li tam orta məktəbin 3b sinif şagirdləri (sinif rəhbəri Muxtarlı Sitarə) xüsusi tədbir təşkil etmişdirlər. Tədbirdə müəllim kollektivi, valideynlər və şagirdlər iştirak etmişlər. Tədbir "Azərbaycan" mahnısı ilə başladı. Sonra isə şagirdlərin ifasında bayraq haqqında müxtəlif şeirlər səsləndirildi. "Yurdumun günləri" musiqisinin sədaları altında rəqs və M.Maqomayevin musiqisi əsasında hazırlanmış kompozisiya tədbirə xüsusı gözəllik qatdı. Tədbir "Azərbaycan bayrağı" mahnısı ilə başa çatdı.Sonda məktəbin direktoru M.Sadıqov məktəb kollektivini "Bayraq Günü" münasibəti ilə təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi