Biz nəyə və niyə baxırıq?

Qamət Abbasov adına 284 nömrəli tam orta məktəbdə təhlükəsiz mühitin yaradılması ilə bağlı MÜTDA- nin müvafiq məktubuna əsasən valideyn və şagirdlərlə  maarifləndirici tədbirlər həyata keçirilir. Belə ki, IV sinif şagirdlərinin valideynləri ilə keçirilən görüşlərdə şagirdlərin sosial şəbəkə hesablarına nəzarət , internetdən düzgün istifadə qaydalarına diqqətin artırılması məqsədi ilə görüş keçirildi. Məktəbin psixoloqu İlahə  Rüstəmovanın təqdimatında slayd və videolardan istifadə olunaraq valideynlərə geniş məlumatlar verildi. Bu gün bütün dünyada aktual bir məsələ kimi internetdən asılılıq problemi valideynlərlə diskussiya şəklində müzakirə olunaraq  görüş sona çatdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi